İşğalçı İsrail ordusu iki həftə əvvəl Qəzzada HƏMAS lideri Mərvan İsanın hava hücumunda öldürdüyünü iddia edib.
“AzPolitika” xəbər verir ki, bu barədə işğalçı ordunun sözçüsü Daniel Haqari məlumat yayıb.
Məlumatda iddia olunur ki, HƏMAS-ın “üç nömrəli” adamı kimi blinən Mərvan İsa şəhid edilib.
Mərvan İsanın HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam briqadalarının komandiri Məhəmməd əl-Dayfın köməkçisi olduğu bildirilib.
HƏMAS-ın hərbi liderlərindən Qazi Əbu Tamanın da eyni hücumda həlak olduğu iddia edilib.
Ancaq HƏMAS sözügedən iddiaları təsdiqləməyib. İşğalçı ordunun dinc insanların qətliamına haqq qazandırmaq üçün yalan məlumatlar yayması da istisna deyil.
“AzPolitika”


Şərhlər