Menu

Rusiyada “miqrant ovu” başladı - VİDEO

27.03.2024, 20:34
Rusiyada “miqrant ovu” başladı - VİDEO

Rusiyanın Moskva vilayətində miqrantlara qarşı kütləvi reydlər başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “Mash” “Telegram” kanalı məlumat və video yayımlayıb.

Məlumata görə, Moskva vilayətinin Elektrostal şəhərində yerləşən "Wildberries" anbarında Rusiya Qvardiyası və polis əməkdaşları yoxlamalar aparıblar.

Qeyd olunur ki, aparılan axtarışlar nəticəsində anbarda çalışan 40-a yaxın qeyri-qanuni mühacir saxlanılıb. Onların polis bölməsinə aparıldıqları bildirilir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol