“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş öz müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan 4 kənd barədə danışarkən deyib.
Simonyan həmin kəndlərin heç zaman Ermənistanın olmadığını bildirib və müxalifəti bu mövzudan sui-istifadə etmək istədiyinə görə qınayıb: “Əvvəlcədən deyirəm – bu, işləməyəcək”.
“AzPolitika.info”


Şərhlər