"Moskva İrəvanın Aİ ilə yaxınlaşmasını alqışlayacaq..." - "Əsas odur ki, boş vədlər olmasın"

Ermənistana xeyir verəcəksə, Moskva İrəvanı Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaqdan çəkindirməyəcək.

“Report” xəbər verir ki, bunu “news.ru”nun müxbirinin sualını cavablandırarkən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Qərb ölkələrinin, adətən, sözdə firavanlıq vəd etdiyini, əslində isə “qan içdiklərini” bildirib.

“Rəsmi İrəvanın Aİ ilə yaxınlaşması məsələsinə gəlincə, Ermənistan xalqının xeyrinə olan hər şeyi ancaq alqışlaya bilərik. Əsas odur ki, Aİ həmişə olduğu kimi qoyun dərisi altında gizlənən qaniçən canavar çıxmasın. Axı onlar həmişə belə edirlər, yenicə inkişaf tempinə qədəm qoyan dövlətlərin iqtisadiyyatına, daxili həyatına soxulurlar. Məhz elə bu, böyük təhlükədir. Heç kim rifah və firavanlıq gətirən şeylərdən çəkindirmək istəmir. Əsas odur ki, boş vədlər olmasın. Onlar firavanlıq vəd edib, qan içirlər və bundan əvvəl firavan və məhsuldar olanı məhv edirlər”, - M.Zaxarova söyləyib.

Ermənistanda keçiriləcək BRİKS forumunu şərh edən diplomat deyib ki, Moskva qeyri-hökumət strukturlarının bu təşəbbüsünü alqışlayır. Onun sözlərinə görə, forum dövlətlərarası layihələr üçün körpü ola bilər və Rusiya buna kömək etməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar