Paşinyan İrəvandakı Qarabağ separatçılarına xəbərdarlıq edib

Ermənistan sürgündə olan heç bir “dağlıq Qarabağ” “hökumətini” tanımır.

“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu gün hökumətin iclasında deyib

O, separatçıların “rəhbəri” Samvel Şahramanyanın “Le Figaro” nəşrinə müsahibəsində “mühacirətdə olan” “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib. Paşinyanın sözlərinə görə, Qarabağdan köçən bəziləri Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar.

“Diqqətə çatdırmaq istəyirəm ki, İrəvanda bir hökumət var, o da burada əyləşib. Lazım gələrsə, bəzi xarici dairələrin təhlükəsizlik təhdidi yaratmaması üçün müvafiq tədbirlər görülməlidir”, - Paşinyan bildirib.

“Ermənistan Respublikasında kimsə özünü hökumət kimi tanıyırsa, bu, Ermənistanın milli təhlükəsizlik məsələsidir”, - Paşinyan əlavə edib.

Xatırladaq ki, Şahramanyan “artsax”ın artıq ərazisi yoxdur, amma formal olaraq hələ də mühacirətdə olan hökuməti var” sualına cavab verərək deyib: “Bəli, İrəvanda, sizi qəbul etdiyim binada “artsax”ın prezident, məhkəmə və qanunvericilik orqanlarının ofisləri var. Parlament üzvləri səs vermək üçün buraya toplaşa bilərlər. Oktyabrda mən fərman imzaladım ki, ona görə də bütün hökumət nazirləri könüllü olaraq öz vəzifələrində qalırlar”.

Əvvəllər də Ermənistan hakimiyyəti bir neçə dəfə bəyan edib ki, Qarabağdakı qondarma, separatçı rejimin ləğvindən sonra “artsax” adı altında “hökumət” strukturunun fəaliyyəti Ermənistanın təhlükəsizliyinə birbaşa təhdiddir. Ancaq  bu separatçılara qarşı konkret addımlar atılmayıb. 

Elmar

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar