Menu

Baş Polis İdarəsi təkzib etdi: həbs edilməyib

03.12.2014, 11:11
Baş Polis İdarəsi təkzib etdi: həbs edilməyib

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda yol polisi əməkdaşının həbs edilməsi barədə yayılan məlumatları təkzib edib.

İdarədən APA-ya bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının guya rüşvət alarkən həbs olunması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, ötən gün bəzi KİV-də Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru Rəşad Quliyevin sürücüdən rüşvət alarkən həbs edilməsi barədə məlumatlar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol