Rusiya nüvə başlığı daşıya bilən raketi ilə təlimə başlayıb - VİDEO
Baxiş sayı:
Dərc olunub:
28/03/2024 - 13:49
Rusiya Strateji Raket Qüvvələrinin təlim proqramı çərçivəsində nüvə başlığı daşıya bilən “Yars” raketi də sınaqdan keçirləcək.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, təxminən 300 iri ölçülü texnikanın iştirak edəcəyi təlimdə 20-dən çox tapşırıq yerinə yetiriləcək. Təlim həm də döyüş qruplarının koordinasiyasını təkmilləşdirmək, “Yars” raket sisteminin istifadəsi və istismarı üzrə bacarıqları gücləndirmək, təxribat qruplarına qarşı mübarizə taktikalarını həyata keçirmək və yeni döyüş patrul ərazilərini kəşf etmək məqsədi daşıyır.
"AzPolitika.info"
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.