Kahramanmaraşda küçələrə Azərbaycan şəhərlərinin və şəhidlərinin adları verilib - VİDEO+FOTOLAR

Türkiyədə 2023-cü il 6 fevral zəlzələlərindən sonra Kahramanmaraş vilayətində azərbaycanlı iş adamlarının qurduğu konteyner şəhərdə bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və şəhidlərinin adları verilib.



Bu çərçivədə bəzi Azərbaycan qeyri-hökumət təşkilatlarının yaratdığı "Qardaş Köməyi" platforması tərəfindən Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi qurulub.

Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin edilən və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq mərkəzində 39 küçəyə Azərbaycanla Ermənistan arasında gedən gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və şəhidlərin adları verilib.

Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər, Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov Elbrus kimi şəhidlərin adlarının yaşadıldığı küçələr müvəqqəti sığınacaqda məskunlaşan zəlzələ qurbanlarını qürurlandırır.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar