Tacikistanda Moskvadakı "Crocus City Hall"-a hücumla əlaqəsi olduğu güman edilən 9 nəfər saxlanılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, Vəxdat şəhərində saxlanılan şübhəlilər paytaxt Düşənbəyə gətiriliblər.
Qeyd edək ki, martın 22-də baş verən terakt zamanı 143 nəfər həlak olub.
"AzPolitika.info"


Şərhlər