HİKMƏT HACIYEVDƏN İRƏVANA XƏBƏRDARLIQ - "Ermənistan belə oyunlardan çəkinməlidir”

Ermənistan Azərbaycanla sülhə və Cənubi Qafqaz regionunun dəyişiklikliyinə ciddi siyasi hazırlığını nümayiş etdirməlidir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan İrəvanla sülh prosesində Rusiyanın təkliflərinin müzakirəsini davam etdirməyə hazırdır: "Rusiya bizim qonşumuz, tərəfdaşımızdır və danışıqlar üçün əlverişli platformalar təklif edir. Ona görə də, Azərbaycan Rusiyanın müəyyən şəhərlərində müzakirələri davam etdirməyə hazırdır”.

“Bizim Qafqaz regionunun sülh yolu ilə dəyişikliyi üçün strateji parametrlərimiz var, bu, daha aydındır. Təəssüf ki, Ermənistan Rusiyanın təklif etdiyi platformadan imtina edir. Rəsmi İrəvan gərəksiz və faydasız bəhanələr axtarmaq, regiondan kənarda geosiyasi intriqalara qoşulmaq əvəzinə belə bir hazırlıq nümayiş etdirməlidir”, - Prezidentin köməkçisi vurğulayıb.

635x100

Şərhlər

Bəhram 2024-03-29 21:10:17

Milyona yaxın *Miatsum!* terroruna məruz azərbaycanlı ailələri və Azərbaycan dövləti *Yüksək* və *Uzaq* vasitəçiliyin yaxn (qonşu, ya ailə) münasibətlərə faydalı deyil, faciəvi təsirin 25-33 ili hiss ediblər. Rəsmi İrəvan RF kimi digərlərini Azərbaycanla münasibətinə müdaxilə etməmərinə çalışmalıdır? Tayvan-Çin münasibətlərini birbaşa-tam, yalnız iki tərəf razılaşa bilərlər!

Son yazılar