Menu

"Şakro Molodoy" azadlığa buraxılıb

29.03.2024, 18:08
"Şakro Molodoy" azadlığa buraxılıb

Kriminal avtoritet və "qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.

APA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. O, şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Zaxari Kalaşov Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərindən hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinərək 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol