"Bu müharibə nə qədər davam edəcək?” - “Nə qədər ki, Putin sağdır...”

Ukraynada müharibənin başa çatması ilə bağlı müxtəlif fikirlər var. Bəziləri Putin hakimiyyətdə olduğu müddətdə, bəziləri isə Ukraynanın güclənəcəyinə qədər bunun bitməyəcəyini düşünür. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın CBS telekanalına müsahibəsində deyib.

"Bu müharibə nə qədər davam edəcək? Bəziləri deyir ki, nə qədər ki, Putin sağdır. Bəziləri deyir ki, biz sadəcə güclü olana qədər", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, dünya müxtəlif sülh düsturları təklif edir və sanki hamı müharibəni necə bitirəcəyini bilir.

Zelenski qeyd edib ki, Putin müharibəni bitirmək istəmir: "O, ölənə qədər hakimiyyətdə qalmaq istəyir. Bu adam, əgər onu belə adlandırmaq olarsa, heç vaxt Kremli öz ayaqları üzərində tərk etməyəcək...”

Onun sözlərinə görə, Putin öz cəmiyyətinə SSRİ-ni deyil, Rusiya imperiyasını qaytarmaq ideyasını satır: "Yəni bizi işğal edənə qədər müharibəni bitirməsi onun üçün sərfəli deyil. Bizi işğal etmək isə canımızdan məhrum etmək deməkdir. İnsanlar özlərini müdafiə edir və Rusiya olmaq istəmirlər. Biz özümüz kimi - azad, demokratik, müstəqil ukraynalılar olmaq istəyirik. Ona görə də müharibə Ukrayna güclü olana qədər olacaq, o isə hələ ola biləcəyi qədər güclü deyil. Biz döyüş meydanında fəaliyyət göstərməyi bacarmalıyıq və bunun üçün bizə iki şey lazımdır: ABŞ-nin ötürə biləcəyi “Patriot” sistemləri, ikincisi, artilleriyada paritet”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar