Menu

Rusiya NATO təhlükəsinə qarşı tədbirlər görür

03.12.2014, 11:40

nato rusiya“Rusiya NATO-nun şərq istiqamətində mövqelərinin gücləndirilməsi ilə əlaqədar artıq tədbirlər görür. Bu tədbirlər alyansın hərəkətlərindən asılı olaraq davam etdiriləcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.

O qeyd edib ki, NATO alyansın dirçəlməsi üçün Ukraynadakı böhrandan istifadə edir.

“Bu ərazilərdə əlavə qüvvələr yerləşdirmək, hərbi təlimlərin miqyasını böyütmək üçün gerçək səbəblər yoxdur. NATO-nun məntiqi milli təhlükəsizlik maraqlarına deyil, daha çox alyansın öz maraqlarına əsaslanır”, - deyə o vurğulayıb.

A. Qruşko həmçinin qeyd edib ki, NATO-nun ən böyük səhvlərindən biri Rusiya ilə hərbi sahədə təmaslara son qoymaq idi. Onun sözlərinə görə, Rusiya-NATO əməkdaşlığı prosesini idarə edən bütün işçi qrupların fəaliyyəti dayandırılıb.

Bununla yanaşı A. Qruşko bildirib ki, alyans nümayəndələri ilə diplomatik kanallarla təmaslar qalmaqdadır: “Təmaslar qalsa da, iclaslar keçirilmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol