Menu

“ABŞ Ukrayna ordusunun Rusiyanın enerji infrastrukturuna zərbələr endirməsindən narazıdır” - Zelenski

30.03.2024, 09:16
“ABŞ Ukrayna ordusunun Rusiyanın enerji infrastrukturuna zərbələr endirməsindən narazıdır” - Zelenski

Vaşinqton Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarını və yanacaq-energetika komplekslərini atəşə tutmasından narazıdır.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.

Eyni zamanda Zelenski vurğulayıb ki, Qərb Ukrayna ordusuna bu cür hücumlarını qadağan edə bilməz.

“Biz öz dronlarımızdan istifadə etdik. Heç kim bizə bunu edə bilməyəcəyimizi deyə bilməz”, - Ukrayna lideri əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol