Menu

"DTEK" rəhbəri Rusiya raketlərinin dəqiqliyinin artmasından şikayətlənib - VİDEO

30.03.2024, 11:40
"DTEK" rəhbəri Rusiya raketlərinin dəqiqliyinin artmasından şikayətlənib - VİDEO

Ukraynanın "DTEK" enerji holdinqinin direktoru Dmitri Saxaruk Rusiya raketlərinin dəqiqliyinin əhəmiyyətli dərəcədə artmasından şikayətlənib.

"AzPolitika" xəbər verir ki, o, Rusiya raketlərinin bir il əvvələ nisbətən dəqiqliyinin xeyli artdığını deyib.

"Vurulan istilik elektrik stansiyalarının hər birinə eyni anda 8 raket düşür. Təəssüf ki, martın 22-də ən böyük iki stansiyamız bütün müharibə boyu ən ciddi ziyanla üzləşib. Üstəlik, əvvəlki dövrlərdən fərqli olaraq, indi raketlərin dəqiqliyi heyrətamizdir. Hədəfdən yayınma göstəricisi əvvəllər 100, 200, 300 metr idisə, indi cəmi bir metrdir. Təəssüf ki, bütün raketləri vurmaq mümkün olmur",-deyə o bildirib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol