Menu

Papa ənənəvi tədbirdə katolikləri yalnız qoydu - Səhhətində ciddi problemlər yaranıb

30.03.2024, 13:39
Papa ənənəvi tədbirdə katolikləri yalnız qoydu - Səhhətində ciddi problemlər yaranıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətində yaranan problemlərə görə Kolizey sarayında keçirilən ənənəvi Xaç Yolu yürüşünə qatılmayıb.

"AzPolitika" xəbər verir ki, əvvəlcə onun yürüşdə iştirak edəcəyi bildirilsə də, Vatikan son anda Papanın tərdbirə qatılmayacağıyla bağlı məlumat yayıb. Qeyd olunub ki, Papa tədbiri Vatikandakı evindən izləyəcək.

Papanın tədbirdə iştirak etməməsi xristian dünyasında böyük narahatlığa səbəb olub. Onun səhhətində ciddi problemlərin yarandığına dair müxtəlif iddialar yayılıb.

Qeyd edək ki, gənc yaşlarında ağciyərinin bir hissəsi çıxaran 87 yaşlı Fransiskin xüsusilə qış aylarında qrip, bronxit və soyuqdəymə səbəbindən səhhətində ciddi problemlər yaranır. O, bir ildən artıqdır ki, əlil arabası və əsadan istifadə edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol