Urmiya Müəllim Həmkarlar İttifaqının üzvü Kərim Bostançı Urmiyanın İnqilab və Cinayət Məhkəməsi tərəfindən iki ayrı iş üzrə həbs edilib.
"AzPolitika" xəbər verir ki, ona 3 ay həbs, 15 milyon tümən (356 $) cərimə, elektron avadanlıqlarının dövlətin xeyrinə müsadirəsi cəzası verilib.
Qeyd olunub ki, urmulu müəllim “vəzifəli şəxsləri təhqir etmək", "təhsil sistemini və hicab qaydalarını tənqid etmək", “qanunsuz olaraq müəllim həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək” kimi qondarma maddələrlə ittiham edilib.
"AzPolitika.info"


Şərhlər