Menu

“Bu, çox təhlükəlidir” - Səfir Paşinyana xahişini xatırlatdı

30.03.2024, 15:14
“Bu, çox təhlükəlidir” - Səfir Paşinyana xahişini xatırlatdı

“ABŞ rəsmiləri açıq şəkildə açıq şəkildə bəyan edirlər ki, Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxırlar”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mətbuatına müsahibəsində bildirib.

Diplomat Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Ermənistan rəhbərliyi yalan bəhanələrlə, son üç ilin tarixini təhrif edərək, bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarıb” bəyanatını şərh edib.

“Xarici işlər nazirimizin dediklərinə gəlincə, mən hesab edirəm ki, o, nazir kimi nə dediyini bilir. Ona görə də mən burada nazirin sözlərinə əlavə şərh verməzdim. Hesab edirəm ki, bu sözlər həqiqətən də indi münasibətlərimizdə baş verənlərlə bağlı çox dərin narahatlığın təzahürüdür. Çünki biz anlayırıq ki, münasibətlərimiz indi daha geniş qarşıdurma obyektinə çevrilir. Ümumiyyətlə, bunu ABŞ gizlətmir”, - Kopırkin bildirib.

Rusiya səfirinin sözlərinə görə, o, ABŞ rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Vaşinqton Ermənistanla münasibətlərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxır”

“Bu, çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də bizim münasibətlərimizə real xələl gətirə biləcək bir şeydir. Əgər Ermənistan tərəfində münasibətlərimizi müdafiə etmək üçün kifayət qədər siyasi iradə yoxdursa, bu, həm xalqlarımız, həm Ermənistan Respublikası, həm də sadə erməni ailələri üçün çox vacibdir”, - Sergey Kopırkin bildirib.

Diplomat onu da vurğulayıb ki, Ermənistan və Azərbaycan sərhədində Rusiya sərhədçilərinin müşahidə məntəqələri Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib:

“2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün Baş nazir Paşinyanın şəxsi xahişi ilə Rusiya hesabına Azərbaycanla sərhəddə yerləşdirilən müşahidə məntəqələrimizi qeyd etməliyəm”.

Səfir əlavə edib ki, erməni tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuni olaraq legitimləşdirməyə qərar verməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-03-31 11:36:52

Rusiya ermənistanı Rusiya ərazisi daxilində muxtar respublikaya çevirməklə cəzalandıracaq. Yəni bu zamana qədər faktiki olan bir şeyi hüquqi hala gətiorəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol