Menu

Ədliyyə naziri icra məmurlarına tapşırıqlar verib

30.03.2024, 19:23
Ədliyyə naziri icra məmurlarına tapşırıqlar verib

Ədliyyə Nazirliyində icra xidmətinin yerli qurumlarının rəhbərləri ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının əhəmiyyətini qeyd edib, icra işinin yeni tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülən tədbirlər, o cümlədən icra məmurlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər barədə məlumat verib.

Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə rəqəmsal innovasiyaların, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, onun yeni versiyasının hazırlandığı bildirilib.

İclasda icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, onlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi və s. ilə bağlı konkret tapşırıqlar verilib.

Şərhlər

Oxucu 2024-03-30 21:18:09

Şəkidə İcra Qurumunun rəhbəri Məzahir Məmmədov tərəfindən yaxşı kadrlar ləkələnib vəzifəsindən uzaqlaşdırılır ....? Onun iş fəaliyyətinə hüquqi qiymət verilməlidir ! Təhsilini Dağıstanda alıb......?

Watchman 2024-03-30 20:30:58

Icra məmurları etik davranış qaydalarına riayət etmirlər. Bu tipləri elə bil qəsdən seçirlər ki, kobud rəftarla nəyə isə məcbur etsinlər. Vətəndaşlarla elə davranırlar ki, sanki vətən xainlərini dindirirlər. "Sən" deyə müraciət edirlər, elə nil tay-tuşları ilə çayxanada oturublar. Şikayət edəndən sonra quzuya dönürlər, "sən" müraciəti "müəllim" ilə əvəz olunur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol