Menu

"Növbədənkənar prezident seçkiləri olmayacaq" - Türkiyə Prezidentinin baş müşaviri

01.04.2024, 10:59
"Növbədənkənar prezident seçkiləri olmayacaq" - Türkiyə Prezidentinin baş müşaviri

Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib.

O, erkən seçkilərlə bağlı çağırışları əsassız sayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək. O, Türkiyənin yeni mərhələlərə başlamasına liderlik edəcək. Kimsənin şübhəsi olmasın”.

Qeyd edək ki, R.T.Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkilərində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol