ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ukraynaya yardım paketinə “bəzi mühüm yeniliklər” daxil olacaq.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Conson Ukraynaya yardımın kredit yolu ilə verilməsinin tərəfdarıdır.
Spiker deyib ki, o, ötən müddətdə yardım paketini hazırlamaq üçün çalışıb və Nümayəndələr Palatası işə qayıtdıqdan sonra məsələni səsverməyə çıxarmağı planlaşdırır: "Əlavə maliyyələşməyə gəlincə, biz konsensusa nail olmaq üçün çalışırıq. Düşünürəm ki, mühüm yeniliklər olacaq”.
Mütəxəssislər qeyd edirlər ki, yardımın kredit şəklində verilməsi ideyası Respublikaçıların narahatlığını yüngülləşdirməyə xidmət edir.
Conson həmçinin ABŞ-də dondurulmuş Rusiya aktivlərinin müsadirə olunaraq, Ukraynaya ötürmək məsələsini də nəzərdən keçirməyin tərəfdarıdır.
“AzPolitika.info”


Şərhlər