2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının favorit komandaları açıqlanıb.
“AzPolitika” xəbər verir ki, bu barədə tanınmış “Goal Global” portalı paylaşım edib.
“Goal Global”ın siyahısında qardaş ölkə Türkiyə də yer alıb. Portuqaliya, Gürcüstan və Çexiya ilə F qrupunda mübarizə aparacaq “ay-ulduzlular” çempionatın 13-cü favoriti kimi göstərilib. Turnirin əsas favoriti isə Fransa mili komandası olub.
Siyahıdakı digər favorit ölkələri təqdim edirik:
1. Fransa
2. Portuqaliya
3. Belçika
4. İngiltərə
5. Almaniya
6. İspaniya
7. İtaliya
8. Macarıstan
9. Avstriya
10. Hollandiya
11. Xorvatiya
12. Serbiya
13. Türkiyə
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyul tarixləri arasında keçiriləcək AVRO-2024-ə Almaniyanın - Berlin, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leypsiq, Gelzenkirxen, Ştutqart və Düsseldorf şəhərləri ev sahibliyi edəcək. Çempionatın açılış matçı Münhendəki “Allianz Arena”da, final görüşü isə Berlindəki Olimpiya Stadionunda oynanılacaq.
“AzPolitika.info”


Şərhlər