Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib - Aydın Kərimov kimdir?

Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.

Qeyd edək ki, bundan əvvəldə  Aydın Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət  göstərirdi. O həmin vəzifəyə 2021- ci ildə təyin edilmişdi. 

Həmin təyinata qədər isə A.Kərimov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.

Şuşanın hazırkı xüsusi nümayəndəsi daha öncə “Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları haqda çıxışlar edib.

A.Kərimov bu gün Prezident İlham Əliyevin qəbulunda etdiyi çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşısında qoyulan vəzifələrin, bütün tapşırıqlarının vaxtında və tələb edilən səviyyədə yerinə yetirilməsi üçün əlindən gələni edəcək.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar