Ötən gün Qüdsdə İsirail Baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçirilib.
“AzPolitika” xəbər verir ki, bu, 7 oktyabrdakı HƏMAS hücumunun ardından Netnayahuya qarşı keçirilən ən böyük etiraz aksiyası olub.
On minlərlə insanın iştirak etdiyi aksiyada Netanyahunun istefası tələb olunub. Etirazçılar Qəzzada HƏMAS tərəfindən girov götürülən insanların azad edilməsi üçün atəşkəs razılaşması və erkən seçkilərlə bağlı çağırışlar ediblər.
İsrail polisi etirazçılara qarşı təzyiqli sudan istifadə edərək aksiyanı dağıdıb.
“AzPolitika.info”


Şərhlər