Menu

Tramp fırıldaqçılıq işi üzrə 175 milyon dollar girov qoyub – Bütün əmlakı müsadirə oluna bilərdi

02.04.2024, 12:22
Tramp fırıldaqçılıq işi üzrə 175 milyon dollar girov qoyub – Bütün əmlakı müsadirə oluna bilərdi

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-Yorkda biznes dələduzluğu ilə bağlı məhkəmə qərarından şikayət etmək üçün 175 milyon dollar məbləğində girov qoyub. Bu, ona əmlak müsadirəsindən yayınmağa imkan verdi.

“AzPolitka” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, fevral ayında Nyu York məhkəməsi Trampı fırıldaqçılıqda təqsirli bilib. Qərarda müəyyən edilib ki, keçmiş Prezident bankları çaşdırmaq və daha yaxşı kredit şərtləri əldə etmək üçün on il ərzində öz aktivlərinin dəyərini şişirdib.

Siyasətçi və onun şirkəti 355 milyon dollar cərimə ödəməyə məcbur edilib, həmçinin Trampa növbəti üç il ərzində Nyu-Yorkda qeydiyyatdan keçmiş hər hansı korporasiyada rəhbər vəzifələrdə işləmək qadağan edilib. Ona kəsilən cərimə faizlər daxil olmaqla 454 milyon dollar təşkil edib.

Tramp məhkəmənin qərarından apellyasiya şikayəti verib vəqərara etiraz etmək üçün 175 milyon dollar girov ödəyib.

Xatırladaq ki, keçən həftə Nyu York Apellyasiya Məhkəməsi onun girov məbləğini 175 milyon dollara endirib. Siyasətçiyə məhkəmə qərarını yerinə yetirmək üçün 10 gün vaxt verilib. Girov ödənilməsə, Nyu York Baş prokuroru Trampın aktivlərinə həbs qoymağa başlaya bilərdi.

Onun bütün daşınmaz əmlakı, o cümlədən Manhettendəki “Trump Tower” göydələni və Floridadakı “Mar-a-Laqo” mülkü müsadirə olunmaq təhlükəsi ilə üzləşmişdi.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol