ERMƏNİ REVANŞİSTLƏR YENİ MÜHARİBƏ İSTƏYİR - “Müharibədən qorxmamaq lazımdır...”

Son günlər Ermənistan ordusunun sərhədlərimiz yaxınlığındakı hərbi təxribatları Ermənistandakı revanşist qüvvələri də hərəkətə keçirib. Son illərdəki acı məğlubiyyətlərdən dərs çıxarmaq əvəzinə yenə “qaşınan” qatı millətçi və rusiyapərəst siyasi qüvvələr Azərbaycanla yeni müharibəyə dair çağırışlar etməyə başlayıblar.

“Biz müharibədən yox, “dinc yolla” Azərbaycanlaşmaqdan qorxmalıyıq”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Respublika Partiyasının İcra Orqanının üzvü, partiyanın faktiki olaraq sözçüsü statusunda çıxış edən Eduard Şarmazanov öz sosial şəbəkə səhifəsində yazıb.

Baş nazir Nikol Paşinyanı təslimçilikdə ittiham edən Sarqsyanın köməkçisi erməniləri Azərbaycana qarşı savaşa çağırıb: “Müharibələr dünyada tez-tez baş verən qaçılmaz proseslərdir. Üstəlik, müharibələrə hazır olmayan xalqlar öz inkişafını dayandırır və döyüşkənliyini itirir. Ən güclü dövlətlər belə müharibələrdən sığortalanmayıb. Ona görə də ola biləcək müharibədən qorxmamaq və hər şeyi pantürkistlərə təslim etməmək lazımdır. Əksinə, düşmənin qarşısında diz çökməmək üçün dövlətin müdafiə qabiliyyəti ilə məşğul olmaq lazımdır. Bütün dünya müharibəyə, Nikol isə sülh yolu ilə təslim olmağa hazırlaşır”.

Partiya sözçüsü hətta utanmadan Ermənistanı İkinci Dünya Müharibəsindən öncəki Böyük Britaniya, Paşinyanı isə Çemberlen ilə müqayisə edib: “İngiltərə Çemberlenə güvənsəydi, məhv olardı. O, baş nazir postundan uzaqlaşdırıldı, “müharibə partiyasının” lideri Çörçil baş nazir oldu və Britaniya xalqına qələbə qazandırdı”.

Sonda sözsüz ki, Sarqsyanın dili ilə danışan Şarmazanov hətta erməni faşisti və Hitler Almaniyasının qulbeçəsi Qaregin Njdedən sitat gətirib: “Nikol sülh gətirməyəcək, o, durmadan təslim olacaq, yeni fəlakətlər və məğlubiyyətlər gətirəcək.

P.S. – “Döyüş qabiliyyəti olmayan cəmiyyətlər korlanır”(Qaregin Njde)”.

Görünür, Fransa başda olmaqla Qərbin açıq, Rusiyanın isə örtülü və heç zaman kəsilməyən dəstəyindən “ürəklənən” revanşistlər, eləcə də özünü guya sülhpərvər göstərsə də, öz havadarlarının təhriki ilə hərbi təxribatlara əl atmağa başlayan Paşinyan hakimiyyəti Azərbaycan Ordusunun gücünü yenidən sınağa çəkmək istəyir...

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Adil 2024-04-02 15:43:17

Normal həyat mwharibə ilə yox,sülhl'ə əldə olunur!qarşılıqlı münasibəti tarazlamadan normal yaşayış mümkün deyil.Bunun üçün isə yaranan bütün imkanlardan istifadə edilməli,mənasız şılnaqlıqlara yol verilməməlidir.

Mubariz 2024-04-02 13:10:59

Qərbi günahlandırmaq lazım deyil ,günah özümüzdədir ,bizlər rusa görə sülh müqaviləsi bağlaya bilmirik ,rus isə Paşiki devirmək üçün bütün tulalarını meydana töküb .Əgər revanşistlər qalib gəlsə o vaxt Qarabağ uğrunda müharibə yenidən qızışacaq ,o zaman hamı erməninin tərəfini tutacaq ,bizə isə ilk zərbəni Moskva vuracaq

Son yazılar