Türkiyədə bələdiyyə başçılarının yeni maaşları bəlli olub.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, sədrlərin maaşları qanunla tənzimlənir və çalışdıqları bölgənin əhalisinə görə dəyişir. Qeyd olunur ki, onların maaşları hər 6 aydan bir artır.
Bundan əlavə, qanunda göstərilən göstərici əsasında hesablanan ümumi əməkhaqqından hər ay sosial sığorta haqları, yerdə qalan məbləğdən isə gəlir vergisi çıxılır.
Məlumata görə, 2024-cü ildə mükafatlar çıxıldıqdan sonra qazancın 110 min lirəyə qədər olan hissəsindən gəlir vergisi 15%, 110 min ilə 230 min lirə arasında olan hissəsindən 20%, 230 min ilə 870 min lirə arasında olan hissəsindən 27%, 875 min ilə 3 milyon lirə arasında isə 25% tutulur.
Bələdiyyə sədrlərinin məvacibləri əhalinin sayına görə aşağıdakı kimidir:
- 2000001-dən çox - 176.735 TL (9296 manat)
- 1000001-2000000 arası əhali - 144.300 TL (7606 manat)
- 500001-1000000 arası əhali - 119.670 TL (6285 manat)
- 250001-500000 arası əhali - 104.453 TL (5493 manat)
- 100001-250000 arası əhali - 89.235 TL (4701 manat)
- 50001-100000 arası əhali - 77.822 TL (4067 manat)
- 10.001-50000 arası əhali - 62.605 TL (3274 manat)
- 10000-ə qədər olan əhali - 54.996 TL (2852 manat)
“AzPolitika.info”


Şərhlər