Menu

“Onlar mütləq tapılacaqlar” - Putin söz verdi

02.04.2024, 16:12
“Onlar mütləq tapılacaqlar” - Putin söz verdi

“Rusiya Federasiyası “Crocus”da terror aktını sifariş edənləri mütləq tapacaq”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin geniş kollegiya iclasında deyib.

O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktını sifariş verən son ünvanı müəyyən etmək vacibdir.

V.Putin, həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırılmalıdır.

“Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”, - deyə V.Putin vurğulayıb. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol