Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən gecə klubunda güclü yanğın olub. Yanğında 29 nəfər həyatını itirib.
Hadisə nəticəsində xeyli insan yaralanıb. Qeyd olunur ki, yaralılardan yeddisinin vəziyyəti ağırdır.
İki saata yaxın davam edən yanğının söndürülməsinə 80-ə yaxın yanğınsöndürən və 30-a yaxın texnika cəlb olunub.


Şərhlər
Ramazan ayı dövründə nə gecə klubu, ozüdə yaşayış binasının zirzəmisində?