Buraxılış imtahanında 300 bal toplayan şagird - “Hədəfim 700 baldır” + FOTO

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın üçündə keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir.

Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nərmin Ağazadə dördüncü ixtisas qrupuna hazırlaşır.

“Doqquzuncu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən 11-ci sinifdə imtahana hazırlaşmağa başladım. Hələ ki ixtisasımı seçməmişəm, qəbul imtahanından sonra qərar verəcəyəm. Hədəfim 700 bal toplamaqdır”, - deyə Nərmin Ağazadə qeyd edib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın üçündə keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar