İran 5 aprel görüşünə niyə etiraz etmir? – “Bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü”

“Tehran Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 apreldə Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşündən narahatlığını bildirmir, İran Xarici İşlər Nazirliyinin də bu barədə açıqlaması yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu deyib.

“Axı Tehran hər zaman bəyan edir ki, bölgənin problemləri ilə bölgə ölkələri məşğul olmalıdır, kənar dövlətlərin müdaxiləsi yolverilməzdir”, - o əlavə edib.

Politoloq vurğulayıb ki, əgər Paşinyan Tehranın təbirincə desək, kənar oyunçuları – ABŞ və Fransanı bölgədə yerləşdirməkdə qərarlıdırsa, məntiqlə İranın hakimiyyət strukturları buna etiraz etməlidirlər. “Tehrandan isə səs çıxmır, əksinə Fransanın İrəvandakı səfiri bəyan edib ki, Ermənistan məsələsində Parislə Tehran eyni mövqedən çıxış edirlər. Bu o deməkdirmi ki, Tehran Fransa kimi ABŞ-nin də Ermənistanda möhkəmlənməsinə etiraz etmir? Bu artıq Tehranın baş düşmənlərindən biri olan ABŞ-nin Ermənistan üzərindən İranla sərhəddə yaxınlaşması deməkdir. Bütün bunları Azərbaycan etsəydi, Tehranın bağırtısı aləmi götürmüşdü”, - təhlilçi qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, görünür, Ermənistanın poliqona çevrilməsi Tehranın maraqlarına cavab verir: “Ermənistan keçmiş illərdə yalnız bir ölkə - Rusiyadan asılı idisə, hazırda İrəvanın qulluq etdiyi ölkələrin siyahısı artıb, burada İran da var, ABŞ, Avropa İttifaqı və Fransa da. Belə çıxır ki, Nikol Paşinyan ölkəsiylə bağlı qərar verməsi üçün bu ölkələrin tamamının rəyini nəzərə almalıdır. Bu isə praktik olaraq mümkün deyil, çünki bır sıra hallarda böyük oyunçuların maraqları kəsişir”.

“AzPolitika.info”

635x100

Şərhlər

Kəndçi 2024-04-03 02:08:43

İran bizə düşmən ölkədir və həmişədə belə olacaq. Amma onun nüfuz və təsir dairəsi genişlənməkdədir. Belə ki, Qafqaz regionunda 3 əsas oyunçu - Rusiya, Türkiyə və İran vardır. Bu dövlətlərin hər birinində strateji müttəfiqləri mövcuddur. Bunlar Rusiya-Ermənistan, İran-Ermənistan və Türkiyə-Azərbaycan müttəfiqliyidir. İndi Rusiya-Ermənistan müttəfiqliyi zəifliyir. Həmçinin Ermənistan-İran müttəfiqliyi kövrəkdir. İran bunu yaxşı bilir və ona görə Ermənistanın Qərbi regiona gətirməyə etiraz etsədə, dözür. Həmçinin Qərblə razılaşmaq istəyir. Ermənistanla alınmasa, Qərb ya Türkiyə, ya da İran mövqeyindən Qafqaza nüfuz edəcək. Bunu Rusiya yaxşı bilir və məhz bu səbəbdən ermənilərin Qarabaga mümkün qayıdışına dəstəyini vurgulayır. Amma Qərb, əsasəndə Fransa və Almaniya regiona Ermınistanla alınmazsa, məhz İran mövqeyindən nüfuz etmək fikrindədir. Xatırlayırsınızsa Borel bir neçə gün əvvəl İrana qarşı sanksiyanın aradan qaldırılmasının vacibliyini vurgulamışdır. Maraqlıdır. İran Rusiyanı hərbi texnikalarla təmin etdiyi halda bu nə məntiqdir. Bu məhz həmin vıziyyətin diqtəsidir. ABŞ -Türkiyə danışıqları məhz bu konteksdə ola bilərdi. Razılıq olub, ya yox onu zaman göstərəcək.

Türk Turan 2024-04-02 22:41:52

Elxan Şahinoğluna təşəkkür edir, minnətdarıq. Görünən dağa bələdçi lazım deyil. İranın düşmənlərini də, dostlarını hamımız yaxşı bilirik.

Son yazılar