"Quterreş İranın diplomatik korpusunun hədəfə alınmasından ciddi narahatdır" - Dujarrik

BMT Baş katibi paytaxt Dəməşqdə İranın diplomatik korpusunun hədəfə alınmasından ciddi narahatdır.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

"Bu səhər İran İslam Respublikasının xarici işlər naziri Baş katibə zəng edib. Baş katib müxtəlif vasitələrlə bütün digər tərəflərlə əlaqə saxlayır. Biz potensial görünən böyük eskalasiyadan çox narahatıq", - sözçü qeyd edib.

Xatırladaq ki, aprelin 1-də İsrailin Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna zərbə endirib və nəticədə 13 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar