Menu

“FSB Crocusda terror aktının həyata keçiriləcəyindən xəbərdar idi” – “Washington Post”

03.04.2024, 11:19
“FSB Crocusda terror aktının həyata keçiriləcəyindən xəbərdar idi” – “Washington Post”

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) “Crocus City Hall”-da terror aktının həyata keçiriləcəyindən xəbərdar idi.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ iki həftə əvvəldən Moskvaya bu konsert məkanının potensial terror hədəfi ola biləcəyi barədə məlumat verib.

İkinci hədəf ehtimalı isə Moskvada sinaqoq olub. Qeyd olunub ki, bu xəbərdarlığın səhəri günü FSB terrorçuların sinaqoqa hücumunun qarşısını alıb.

Nəşr sonda vurğulayıb ki, “ABŞ tərəfindən əsas hədəf kimi göstərilən “Crocus City Hall”-da niyə təhlükəsizlik tədbiri görülməyib?” sualı hələ də cavabsız olaraq qalır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol