Menu

Fərid Əhmədov nazir kimi televiziyalara ilk açıqlamasını verdi - VİDEO

03.04.2024, 22:11
Fərid Əhmədov nazir kimi televiziyalara ilk açıqlamasını verdi - VİDEO

Ədliyyə naziri Fərid Əhmədov yeni fəaliyyətə başlayan Dost TV-yə danışıb.

O, DOST xidmətinin fəaliyyətinin əhəmiyyətindən, bu istiqamətdə Prezident İlham Əliyevin tapşırıqlarının uğurlu şəkildə həyata keçirilməsindən bəhs edib.

Nazir Dost TV-ni təbrik edib, uğurlar arzulayıb.

Bu, F.Əhmədovun nazir kimi televiziyalara ilk açıqlamasıdır.

Qeyd edək ki, Fərid Əhmədov fevralın 27-də nazir təyin edilib.

2000-ci ildən 2024-cü ilin fevralınadək Azərbaycanda ədliyyə naziri vəzifəsində Fikrət Məmmədov çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol