Menu

“Lazım olan vaxt Rusiya bazasını çıxaracağıq” - “Vaxtilə Ermənistanın yolunu Zaxarovanın ölkəsi təyin edirdi”

03.04.2024, 16:19
“Lazım olan vaxt Rusiya bazasını çıxaracağıq” - “Vaxtilə Ermənistanın yolunu Zaxarovanın ölkəsi təyin edirdi”

“Əvvəllər heç vaxt Ermənistanın indiki qədər yüksək subyektivliyi olmayıb”. 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Armen Xaçatryan yerli mətbuata açıqlamasında deyib.

Paşinyanın partiyasını təmsil edən Xaçatryan Ermənistanın artıq müstəqil siyasət yürütdüyünü və Rusiyanın iradəsindən kənar hərəkət etdiyini iddia edib: “Həm Qərb, həm də ABŞ Ermənistanla hesablaşır və bir çox başqa strateji məsələlər müzakirə olunur. Vaxtilə bir çox məsələlər Mariya Zaxarovanın ölkəsində həll olunurdu - Ermənistan hara getməlidir və sairə. Təhlükəsizliyə gəlincə, deməliyəm ki, Ermənistan təhlükəsizlik sistemini çoxsəviyyəli edir və bunun günün tələblərinə cavab verməsi üçün hər şey edəcək. Fərqi yoxdur, kimin bəyənib bəyənməməsindən asılı olmayaraq, biz yenə də öz yolumuzla gedəcəyik”.

Deputat Rusiya sərhədçilərinin Ermənistanın təhlükəsizliyinin təmin edilməsindəki rolu ilə bağlı suala isə belə cavab verib: “Deməliyəm ki, Ermənistanın suveren əraziləri ələ keçiriləndə bu hərbi baza heç də kömək etmədi. Hazırda onlar fiziki olaraq sərhəddə dayanırlar, lakin Ermənistan Respublikasına qarşı konkret təhdidlərlə bağlı heç bir müsbət rol oynamayıblar. Bu gün də təhlükələr var. Mən siyasətçiyəm və hərbi bazanı niyə və nə vaxt çıxaracağımız barədə danışmağa ehtiyac yoxdur? Lazım olanda onu çıxaracağıq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol