Rusiyanın nə qədər Su-34 və Su-35-i qalıb? - Ukrayna kəşfiyyatı açıqladı

Mart ayına olan məlumata görə, Rusiyada 100-ə yaxın Su-35 qırıcısı və 100-dən çox Su-34 qırıcı-bombardmançı təyyarəsi, həmçinin yeddi A-50U erkən xəbərdarlıq və hədəf təyin edən (AWACS) təyyarəsi var. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yerli mətbuata açıqlamasında deyilir.

Qeyd olunur ki, hazırda üç A-50U təmirdədir və modernləşdirilir. İkisi Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində, biri Ulyanovsk aerodromunda, biri isə Aviastar təyyarə istehsalı zavodundadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, tammiqyaslı işğalın əvvəlindən Rusiyanın Ukraynadakı itkiləri arasında 347 təyyarə, 325 helikopter, bir sualtı qayıq, 26 gəmi və qayıq var.

Məhv edilmiş 347 Rusiya təyyarəsi arasında iki A-50U təyyarəsi xüsusiseçilir. Onlardan biri 2024-cü il fevralın 23-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində Azov dənizi üzərində vurulub. Baş Kəşfiyyat İdarəsi məhv edilmiş A-50U-nun yeni, modernləşdirilmiş versiya olduğunu qeyd edib.

Həmçinin, ilin əvvəlindən Ukrayna Rusiyanın 10-dan çox Su-34 və Su-35 təyyarəsini vurub.

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2024-04-03 19:38:07

Ukrayna məhv olub gedir bu təlxəklər də rusun təyyarəsini hesablsyırlar 350 qırıcı rusiya üçün okeannan bir qab su götürməyə bənzəyir

Son yazılar