Menu

“Qriqoryan başa saldı ki, Qarabağ mövzusu bağlanıb” - TŞ katibi keçmiş XİN başçısını “əliboş” qaytarıb

04.04.2024, 14:02
“Qriqoryan başa saldı ki, Qarabağ mövzusu bağlanıb” - TŞ katibi keçmiş XİN başçısını “əliboş” qaytarıb

Ermənistandakı revanşist və rusiyapərəst qüvvələr Qarabağ mövzusunu yenidən qabartmaq cəhdlərindən əl çəkmirlər. 

“AzPolitika” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetində keçmiş XİN başçısı Vardan Oskanyanla bir neçə separatçı “xadim”in birləşdiyi qrupun Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə məlumat yayıb. Onlar Qarabağla bağlı yaratdıqları “komitə”yə hökumətdən dəstək almaq niyyəti güdüblər və bunun üçün də hazırkı XİN başçısı ilə deyil, məhz vaxtilə Hadrutda yaşamış Qriqoryanla görüşməyə üstünlük veriblər.

Lakin onların dəstək ümidləri puç olub: “Hadrut sakini Armen Qriqoryanla görüş təsvirolunmaz dərəcədə soyuq atmosferdə keçdi. Bizə dedilər ki, iclas cəmi 20-30 dəqiqə çəkib. Komitənin tapşırıqlarını, missiyasını təqdim edib, aydınlaşdırmağa çalışıblar ki, böyük nəticələr əldə etmək mümkün olmasa belə, heç olmasa məsələ gündəmdə saxlanılacaq və bu, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, Azərbaycanın təcavüzünün qarşısının alınmasına töhfə verərdi. Bununla belə, Armen Qriqoryan komitə üzvlərini sona qədər dinləmək belə istəmədi və açıqladı ki, “artsax” mövzusu bağlıdır və hakimiyyət bu məsələdə nəsə edə bilməz”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol