Menu

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb

04.04.2024, 15:11
Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlayıb.

Məlumata görə, Bakıda nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq.

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.

Şərhlər

Kamil Hamidov 2024-04-04 15:26:13

Gözəl addımdır. Yəqin öncədən araşdırma aparılıb müəyən edilib ki, Bakı Sumqayıt yolundakı tıxaacın pay sahibleri hansı regionun maşınlarıdır, Xırdalan, Masazır yoxsa Sumqayıt? Əgər üstünlük Xırdalan və Masazırdadırsa o zaman çox da effekti olmacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol