Menu

İran İsraildən qisas ala biləcəkmi? - “Səfirliklər hədəf götürülə bilər”

04.04.2024, 16:24
İran İsraildən qisas ala biləcəkmi? - “Səfirliklər hədəf götürülə bilər”

“İran yaxın 48 saat ərzində İsrailə zərbə endirməyi planlaşdırır. Hücum zamanı yüzlərlə PUA-dan və raketlərdən istifadə olunacaq. İsrail Hərbi Hava Qüvvələrinin artıq döyüş hazırlığı vəziyyətinə gətirildiyi və regionda GPS ilə bağlı problemlərin yarandığı bildirilir”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Voxnews” nəşri yazıb. “İsrail Hayom” qəzeti də bu xəbəri təsdiqləyib: “Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurları İsrailə İranın yaxın 48 saat ərzində İsrail ərazisinə hücum edəcəyini bildiriblər”.

İran İsraili necə vuracaq?

Politoloq Elxan Şahinoğlu ABŞ-enin keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Kasım Süleymani İraqda öldürüldükdən sonra Tehran intiqam vədini xatırladır.

“İntiqam ondan ibarət oldu ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket atdı. Tehran indi İsrailin İranın Suriyadakı konsulluq binasında hava zərbəsi nəticəsində generallarının qətlinə görə yenə intiqam vədi verib. İranın Süleymani nümunəsində olduğu kimi Amerikaya əli çatmadığı kimi birbaşa İsraili hədəf alması da problematikdir. İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşddırmaq gücünə malikdir. Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsi ilə İsrailə zərər vura bilər”, - o əlavə edib.

Ekspertə görə, bununla yanaşı İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb.

“Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Bu amil Tehranı çox da narahat etmir”, - o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol