"Quş qripi insanlar arasında yayılarsa, dünya yeni bir pandemiya ilə üzləşə bilər".
"AzPolitika" xəbər verir ki, bu barədə Avropa İttifaqının Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) məlumat yayıb.
Qeyd olunur ki, sözügedən virusun insandan-insana yayılmasına nadir hallarda rast gəlinsə də, virusun mutasiyaya uğraması və quşların köçləri səbəbindən pandemiya riski mövcuddur.
Bildirilir ki, bəzi ev heyvanları da virusun yayılmasında vasitəçi ola bilər, ona görə də insanlar heyvanlarla təmasda ehtiyatlı olmalıdırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri insanlarda quş qripinə 887 nəfər yoluxub, onlardan 462-si vəfat edib.
Bu arada bir neçə gün əvvəl inəklə təmasdan quş qripinə yoluxan Texas sakiniylə bağlı xəbər yayılıb. Səhiyyə işçiləri bildirib ki, şəxsi yoluxduran quş qripi virusu artıq mutasiyaya uğrayıb və indi daha asan yayılma təhlükəsi var.
"AzPolitika.info"


Şərhlər
Adə yenə başladın? Sıfırdan başlamaq istəyirsən görünür.Quş qripiylə başlayıb pandemiyada bitirdin,yenə köhnə əməllərinə qayıtdın?Dalınca donuz qripi, at qripi,eşşək qripi,yenə axırda pandemiya?Adə bəsdi dəə.