Müsavat Partiyası Divanı may ayının əvvəllərində növbəti qurultayın keçirilməsi barədə qərar qəbul edib. Qurultayda partiyaya başqan seçkilərinin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, nizamnaməyə görə, hazırkı başqan Arif Hacılı iki dəfə seçildiyi üçün yenidən namizəd ola bilməz. Partiyanın bəzi fəalları Müsavatın eks başqanı İsa Qəmbərin yenidən rəhbərliyə qaytımasını istəyir. Dünəndən etibarən sosial şəbəkələrdə bu istiqamətdə müzakirələr başlayıb. Tanınmış üzvlərin əksəriyyəti “indiki həssas dövrdə” Müsavatın sükanının yenidən İsa Qəmbərə etibar edilməsinə tərəfdar çıxıb.
Mediada yayılan məlumatlara görə, o, bu barədə düşünüb, qərar verəcəyini deyib.
İ.Qəmbər “AzPolitika.info”nun bu barədə sualını cavabsız qoyub. Görünür, o, hələ düşüb-daşınıb, bir qərara gəlməyib. Qeyd edək ki, partiya rəhbərliyində təmsil olunan gənc siyasətçilər İsa Qəmbərin geri qayıtması təklifinə münasibət bildirməyiblər. Aydındır ki, keçmiş başqan namizəd olacağı təqdirdə onların başqanlıq iddiası ortaya qoymaları gözlənilən deyil.
“AzPolitika.info”


Şərhlər
cənab başqan qayıt işivi davam elə görūrsən ki soxasoxdu sən də giriş bu işə məqamdı
Öz ənəmiyyətini itirmiş Partiya kimə və nəyə gərəkdir?Başqan satılmış,seşki olur,kənara çəkilitlər.belə partiyanın mövcudluğu bu günkü vəzoyyətdə xalqa və millətəlazım deyil..Ya partiya adını doğrulrmalı,ya da qapadılmalıdır.İsa Qənbər məsələsi isə mənasız və əhəmiyyətsizfir.Çqnki İsa Qənbər də Əliyevin ortaya şıxardığ şəxsdir.t