Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall” konsert salonuna hücumla bağlı iki xarici vətəndaşını və bir Rusiya Federasiyası vətəndaşı saxlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Həmin şəxslər Hall konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak ediblər.
Moskva, Yekaterinburq və Omsk şəhərlərində Crocus City Hall konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak edən iki xarici vətəndaşın və bir Rusiya Federasiyası vətəndaşının saxlanılması barədə məlumat yayıb.
Bildirilib ki, saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının ortaqlarının "verbovka" edilməsinə və onu törədənlərin maliyyələşdirilməsində birbaşa iştirak edib.


Şərhlər