Menu

“Qoy yoxlasın, görək kim qalib gələcək...” - Polşa XİN başçısı Lukaşenkoya cavab verib

04.04.2024, 17:07
“Qoy yoxlasın, görək kim qalib gələcək...” - Polşa XİN başçısı Lukaşenkoya cavab verib

Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin müharibəyə hazırlaşması ilə bağlı bəyanatına cavab verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, mətbuat konfransında jurnalist Sikorskidən Lukaşenkonun Polşa sərhədləri yaxınlığında verdiyi bəyanat barədə nə düşündüyünü soruşduqda, polşalı nazir sərt cavab verib: "Qoy yoxlasın. Görək kim qalib gələcək".

Xatırladaq ki, bundan öncə Belarus Prezidenti ölkəsinin müharibəyə hazırlaşdığını bəyan edib: " Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş” – bunu mən söyləməmişəm. Bu, çox düzgün deyilib”.

“AzPolitika.info”

Şərhlər

Sikoriski 2024-04-05 00:04:14

5
Polşa həmişə paliqon olub

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol