O, Rza Zərrabın Ebru Gündəşə hədiyyəsidir?

Türkiyəni səsi ilə heyran qoyan azərbaycanlı Elnur Hüseynov haqqında şok iddia yayılıb. ANS PRESS-in məlumatına görə, Acun Ilıcalının aparıcılıq etdiyi "O Ses Türkiye"də iştirak edən Elnur Hüseynovun Ebru Gündəşə hədiyyə olduğu iddia edilib.

"O Səs Türkiyə"nin ən yaddaqalan yarışmaçısı Elnur qısa zamanda fenomen halına gəlib, bu ölkədə demək olar ki, hamı ondan danışır.

Elnurun bu yarışda seçimi birmənalı qarşılanmayıb. İddialara görə, onun yarışda iştirakını və Ebru Gündəşi seçməsini müğənninin əri, iş adamı Rza Zərrab təmin edib, Elnuru arvadına hədiyyə kimi göndərib.

Onun bu seçimi "Rzanın son hədiyyəsi. Sizcə Ebrunu niyə seçdi?" kimi reaksiyalara səbəb olub.

Ötən il əri həbs ediləndən sonra Ebru Gündəş "O səs Türkiyə"nin çəkilişində göz yaşlarına boğulmuşdu. Əri bu yarışmanın ən güclü səsinin onu komandasına göndərməklə Ebru Gündəşi yenidən sevindirmiş oldu.