Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Tural Əzizovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Tural Əzizovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, Əzizov Tural Həsən oğlu Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.
Tural Əzizov keçən ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində eyni maddə ilə bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Sonradan yenidən narkotiklə bağlı saxlanılıb.


Şərhlər
Yaxşı tərlədiblər barıqanı heç şübhəsiz.A dədə,yediklərini ödə.Ver yeyək,ört yataq,kürt yataq,sən yüz yaşa,biz iki əlli,gözlə canımız çıxmasın.