Menu

“Ukrayna tezliklə Ural və Arktikadakı hədəfləri vura biləcək” – “Bild”

05.04.2024, 12:20
“Ukrayna tezliklə Ural və Arktikadakı hədəfləri vura biləcək” – “Bild”

“Artıq bu ildən Ukrayna 2000 kilometr və daha çox uçuş məsafəsi olan dronlardan istifadə edə biləcək”.

“AzPolitika” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri adı açıqlanmayan mənbəyə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, Ukrayna tezliklə uzaq mənzilli dronlardan istifadə edərək Ural və Arktikadakı hədəflərə hücumlar təşkil edə biləcək. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda ilk dəfə olaraq Tatarıstandakı hədəflərə PUA-lar ilə hücum edib. Həmin hədəflərin cəbhə xəttindən təxminən 1300 kilometr məsafədə yerləşdiyi bildirilib.

Alman nəşrinin məlumatına görə, Ukraynaya veriləcək bu dronlar orta və uzaq mənzilli raket çatışmazlığını kompensasiya edəcək.

“İlin sonuna kimi 10 istehsalçı Ukraynanı 2500 km-ə qədər uçuş məsafəsi olan dronlarla təmin edəcək. Bundan əlavə, Kiyevin “Luch” firması 3300 km-ə qədər uça bilən “Sokol-3000” dronu hazırlayıb. Hesablamalara görə, yeni dronlar Murmansk vilayətindəki hədəflərə belə hücum edə biləcək. Orada 80-ə yaxın rus hərbi baza var. Strateji bombardmançıların olduğu Olenya aerodromu da Murmanskda yerləşir”,-deyə məlumatda qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol