“Rusiyanın hərbi-siyasi rəhbərliyini mühakimə edəcək beynəlxalq xüsusi tribunal çox güman ki, 2024-cü ilin sonuna qədər yaradılacaq. Hazırda buna yeganə maneə beynəlxalq birliyin siyasi iradəsinin olmamasıdır”.
“AzPolitika” xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders xarici mətbuata açıqlamasında bildirib.
O, hazırda iki əsas variantın nəzərdən keçirildiyini deyib: “İki əsas variant nəzərdən keçirilir - çoxtərəfli sazişə əsaslanan beynəlxalq tribunal və ya Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli razılaşma əsasında sadələşdirilmiş həll yolu. Tribunalın yaradılması son mərhələdədir. Növbəti addım siyasi iradə məsələsidir. Düşünürəm ki, ilin sonuna qədər bu mümkün olacaq”, - deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər