Menu

SABİQ NAZİRDƏN REKTORUN TƏKLİFİNƏ REAKSİYA - "Azərbaycanın xeyrinə olar..."

05.04.2024, 18:10
SABİQ NAZİRDƏN REKTORUN TƏKLİFİNƏ REAKSİYA - "Azərbaycanın xeyrinə olar..."

"Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması ölkəmizin və təhsilimizin xeyrinə olar".   

Bu sözləri keçmiş təhsil naziri, AMEA Riyaziyyat və Me­xanika İnstitutunun direktoru Misir Mərdanov UNEC rektoru, professor Ədalət Muradovun yeni dövrün reallıqlarını nəzərə alaraq Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması ilə bağlı təklifini “AzPolitika”-ya şərh edərkən deyib.

M. Mərdanov təklifin müəllifi professor Ədalət Muradova böyük hörmət bəslədiyini qeyd etdi:"Ədalət müəllim UNEC-ə rəhbərlik edəndən bəri çox böyük işlər görüb, bundan sonra daha da böyük işlər görmək niyyətindədir. Ona bu işlərində uğurlar arzulayıram. Əminəm ki, Ədalət bəyin başladığı bu iş öz müsbət nəticələrini verəcək və nəhayət UNEC dünya universitetləri sıralamasında özünə, Azərbaycanımıza layiq olan yer tutacaq”.

Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın (ATİK) yaradılmasi ilə bağlı təklifə gəldikdə isə M. Mərdanov qeyd edib ki, ali təhsilimizin inkişafı adına belə bir qurumun yaradılması yaxşı olardı 

"Belə bir qurum yaradılsa və orada ali təhsilin inkişafı ilə bağlı  mütəmadi şəkildə işlər aparılsa, bu, Azərbaycanın xeyrinə olar" - deyə, sabiq nazir qeyd etdi.

"Komissiyanın fəaliyyət istiqamətini necə görürüsünüz?”, - sualına isə M. Mərdanov belə cavab verdi: “Əgər belə bir komissiya yaradılarsa və mən də ora daxil olaramsa, təbii ki, öz fikrlərimi bölüşəcəm. Əvvəla biz daxili vəziyyəti araşdırmalı, ali təhsillə bağlı beynəlxalq vəziyyəti qiymətləndiməli, daha sonra isə özmüzə uyğun bir yol müəyyənləşdirməliyik ki, biz hansı yoldan getsək ali təhsilimiz daha sürətlə inkiaf edə bilər”.

M. Mərdanov bu qurumda kimlərin təmsil oluna biləcəyi ilə bağlı sualımıza cavabında bildirdi ki, bu işi bilən adamların komissiyada təmsil olunmaları daha faydalı olar.

Xatırladaq ki, UNEC rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq, təkliflə çıxış edib.

“Müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edirik”, - deyə rektor bildirib.

“AzPolitika.info”

Şərhlər

Anar 2024-04-06 13:14:33

Bizi bu vəziyyətə salan elə Misir MƏrdanovun 20 illik fəaliyyəti deyil? Misir orda olacaqsa, deməli, əvvəlindən məhv olub o komissiya

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol