“Bu, nüvə fəlakətinə səbəb olacaq”.
“AzPoltika” xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “X” sosial şəbəkə hesabından Ukraynanın NATO-ya üzvlük məsələsinə münasibət bildirərkən deyib.
“X” platformasında ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı söhbətə dair yayımlanan videoya şərh bildirən Mask, “Nüvə apokalipsisi filmi sözün əsl mənasında belə başlayır”, - deyə yazıb və 1983-cü ildə Sovet İttifaqı ilə ABŞ arasında uydurma nüvə müharibəsinin görüntülərini əks etdirən “The Day After” filmindən bir epizod paylaşıb.
“AzPolitika.info”


Şərhlər