Menu

Bayden, yoxsa Tramp? - Son sorğunun nəticələri açıqlandı

06.04.2024, 10:44
Bayden, yoxsa Tramp? - Son sorğunun nəticələri açıqlandı

2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək seçki öncəsi son sorğunun nəticələri açıqlanıb.

“AzPolitika” xəbər verir ki, “Wall Street Journal”-ın keçiridyi sorğuya əsasən ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp 6 əsas ştatda hazırkı Prezident və Demokratlar Partiyasının namizdəi Co Baydeni qabaqlayır.

Tramp bu ştatlarda Baydendən 2 - 8 xal öndədir. 6 ştat arasında yer alan Viskonsin bu mühüm ştatlar arasında 7-ci yerdədir. Burada yarışın rəqabətli olacağı düşünülür. Sorğunun nəticələrinə görə, Bayden bu ştatda 3 xal öndə olacaq. 

Sorğuda iştirak edənlərin 52%-i Trampı fiziki və əqli cəhətdən rəqibindən daha bacarıqlı hesab edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol